həvəskar və idman ovu

Ov məhsullarının əldə edilməsindən gəlir məqsədi daşımayan ov növü

hərracın iştirakçısı
həyat sığortası
OBASTAN VİKİ
Həvəskar
Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir..
Həvəskar astronom
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
Həvəskar astronomiya
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
Həvəskar kababı
== Tərkibi == Qoyun əti — 330 qram, baş soğan — 60 qram, göy soğan — 40 qram, cəfəri və reyhan — 10 qram, sumaq — 3 qram və ya nar şərab — 5qram, duz, istiot. == Hazırlanma qaydası == Xammallar və hazırlanma qaydası tikə kababda olduğu kimidir. Burada qoyun cəmdəyi belinin qabırğa hissəsindən qabırğa sümükləri ilə birlikdə 5–6 tikə ət kəsilir və şişə taxıldıqda həmin tikələrin üstü bir tərəfə baxmalıdır.
Həvəskar kosmonavt
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
Həvəskar qutabı
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Həvəskar radiorabitə
Həvəskar radiorabitə — texniki bir hobbidir, qeyri professional operatorlar arasında, onlar üçün xüsusi ayrılmış radiotezliklərdə, radiorabitə keçirmək, texniki araşdırmalar aparmaq, özünü bu sahədə təkmilləşdirmək , və bundan heç bir maddi qazanc əldə etməmək və s. Bu hobbi ilə dünyada milyonlarla insan məşğul olur. Onları həm də radiohəvəskar adlandırırlar. == Tarixçəsi == Bizim ölkədə ilk radiohəvəskarlar keçən əsrin 20-ci illərində fəaliyyətə başlamışdılar. Hal hazırda ölkəmizdə 70-ə yaxın radiohəvəskar var. Onlar ölkəmizi beynəlxalq radiohəvəskar radiotezliklərində, təmsil edirlər. Bu hobbi eyni zaman həm də bir idman növüdür. Hər il minlərlə radiohəvəskar yüksək nəticə qazanmaq üçün, öz radiostansiyaları qarşısında çalışırlar. Keçən əsrin 60–80-ci illərdə yerli radiohəvəskarın sayı 200-ə çatmışdı. Bakıda, Sumqayıtda, Gəncədə, Kürdəmirdə bir neçə radioklub və kollektiv stansiyalar fəaliyyət göstərirdi.
Aslan ovu
"Aslan ovu", "Lütf və zorakılıq" (lat. grâce et véhémence) Rubensin müraciət etdiyi bu iki ziddiyyət tablonun əsas məzmunudur. O, bu əsəri istər məzmun istərsə də rənggarlıq baxımından özünün ən uğurlu əsəri hesab edir. Con Diqbi (ing. John Digby) bu tablonu Rubensə graf Hamilton üçün sifariş etmişdir.
Balina ovu
Balina ovu sənayesi — Balinakimilərin gəlir əldə etmək məqsədilə ovlanması. Ovun hədəfi balinaların piyinin əldə edilməsidir. Onların piyi əsasən yanacaq kimi istifadə edilirdi. Üstəlik sənaye ehəmiyyəti olmuşdur. Balinaların ət məqsədli ovu XX əsrin ortalarına qədər davam etmişdir. Balinanın ətindən Kolbasa, sümüklərindən A vitamini, beynindən isə hormonlar və insulin hazırlanır. == Balinaovlayan və emal edən sənaye sahəsi == İlk zamanlar Balina ovu Atlantika və Sakit okeanların sahilyanı hissələrində inkişaf etmişdi. 15 əsrin axırlarında burada balinaların miqdarının azalması ilə əlaqədar olaraq tədricən açıq dənizdə gəmi ilə Balina ovuna başlandı. 19 əsrin axırlarında zolaqlı balinaların miqdarı Şimali Atlantikada kəskin surətdə azaldığından Norvec sənayeçiləri çox sayda balina sürüləri qeydə alınan Antarktika sularına ekspedisiyalar təşkil etdilər. Hazırda dünya okeanlarında, əsasən, 5 növ balina – finval, kaşalot, seyval, qozbel və göy balina ovlanır.
Kalidon ovu
Kalidon ovu — qədim yunan mifologiyasında Kalidon qabanının ovlanması tədbiri. Burada Yunanıstanın ən cəsur döyüşçüləri iştirak edirdi. Onların arasında Spartadan Kastor və Polidevk, Afinadan Tesey, Pilosdan Nestor, İolkdan Yason, Fivdən Admet və başqaları var idi. Qaban Krommion donuzundan yaranmışdır. Kalidon tarlalarına Artemida tərəfindən göndərilmişdir. Donuz dişləri Tegeyadakı Afina Aley məbədində yerləşdirilmişdi və onları İmperator Avqust götürürdü. Pavsaninin dövründə onlardan biri dağılmışdı, digəri isə Romanın imperator bağlarındakı Dionis məbədində idi. Qaban dərisi Afina Aley məbədində qalmışdır.
İdman
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
Gənclər və İdman Nazirliyi
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Mədəniyyət və İdman Nazirliyi
Mədəniyyət və İdman Nazirliyi (İsrail)
Birinci Həvəskar Divizion
Birinci Həvəskar Divizion (türk. Amatör Birinci Küme) — Türkiyə futbol liqa sisteminin yeddinci pilləsini təşkil edən bir sıra futbol liqalarından ibarətdir. Hər ilin (Türkiyə vilayəti) öz liqası var.
Aşşurbanipalın şir ovu
Aşşurbanipalın şir ovu (ing. Lion Hunt of Ashurbanipal) - Nineva şəhərinin Şimal sarayından aşkarlanmış məşhur saray relyeflərinə verilmiş ümumi addır. Relyeflər hazırda Britaniya muzeyinin 10a zalında sərgilənir. Bu relyeflər mütəxəssislər tərəfindən “Assur incəsənətinin yüksək şah əsərləri” kimi qiymətləndirilmişdir. Relyeflərdə Aşşurbanipalın (çarlıq dövrü e.ə. 668 – 631/627) ritual xarakterli formal “şir ovları” təsvir edilib. Ritual zamanı əvvəlcədən tutulmuş Asiya şirləri xüsusi arenalarda qəfəsdən buraxılırdı ki, çar onları qovaraq qılıncla, oxla və xəncərlə öldürsün. E.ə. 645-635-ci illərdə hazırlanmış relyeflər sarayın müxtəlif hissələrində yerləşdirilmişdi. Böyük ehtimal ki, orijinalda müxtəlif boyalarla rənglənmiş relyeflər, sarayın parlaq dekorasiyasının tərkib hissəsi olmuşdur.
Odinin Vəhşi ovu
Odinin Vəhşi ovu (norv. Åsgårdsreien, bukv. Asqard gəzintisi) — Peter Nikolay Arbo tərəfindən 1872-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri skandinav folklorunda olan Vəhşi ovu təsvir edir və Yohan Sebastiyan Velhavn tərəfindən yazılmış bir şeir əsasında çəkilmişdir. Rəsm əsəri Norveçin paytaxtı olan Oslo şəhərində yerləşir Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyinin kolleksiyasında saxlanır. Rəsm əsəri skandinav folklorundakı Vəhşi ov mövzusuna əsaslanır. Skandinav ənənəsinə görə, Vəhşi ov tanrı Odin ilə bağlıdır. Bu hadisə Qış fəslində səmada keçirilən dəhşətli bir mərasimdan ibarətdir və gizlənməyə yer tapa bilməyən bədbəxt insanların oğurlanması ilə nəticələnir. Norveç ənənəsinə görə, tanrı Odindən başqaları da ovun rəhbəri ola bilər. Bunlara Lüssi və Quro Rısserov kimi şəxsiyyətlər aiddir.
Prezident ovu (roman)
"Prezident ovu" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti 'X günü' adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harada yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun nə zaman və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur. Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk başda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir. Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə uzanan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında — Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur. Amma o həqiqətən xilas olurmu?
İnsan ovu (roman)
Aslan ovu (Rubens)
"Aslan ovu", "Lütf və zorakılıq" (lat. grâce et véhémence) Rubensin müraciət etdiyi bu iki ziddiyyət tablonun əsas məzmunudur. O, bu əsəri istər məzmun istərsə də rənggarlıq baxımından özünün ən uğurlu əsəri hesab edir. Con Diqbi (ing. John Digby) bu tablonu Rubensə graf Hamilton üçün sifariş etmişdir.
Azərbaycan Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Mədəniyyət və İdman Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi (qaz. Қазақстан Республикасы Мәдениет және спорт министрлігі) — mədəniyyət, daxili siyasi sabitlik, millətlərarası harmoniya, dillərin inkişafı, dövlət rəmzləri, dövlət sosial sifarişi, arxiv işləri və sənədləşdirmə, dini fəaliyyətlər, bədən tərbiyəsi və idman sahələrində liderliyi həyata keçirən Qazaxıstan Respublikasının mərkəzi icra orqanıdır , qumar biznesi, habelə qanunvericilikdə nəzərdə tutulmuş sahələr daxilində — sektorlararası koordinasiya və dövlət tənzimlənməsi. Qazaxıstan Respublikasında mədəniyyət və idman ilk dəfə nazirlik olaraq vahid dövlət quruluşuna birləşdirilmir. Aşağıda mədəniyyət və idmanla əlaqəli dövlət strukturlarının çevrilmə tarixinin cədvəlləri verilmişdir: Nazirliyin missiyası — mədəniyyət, dillərin inkişafı, arxivləşdirmə və sənədləşdirmə, dini fəaliyyət, bədən tərbiyəsi və idman, qumar, habelə millətin birliyini möhkəmləndirmək, dövlətlər arasında səmərəli tərəfdaşlıq sistemini dəstəkləməkdir.
Gənclər və İdman Nazirliyi (Türkiyə)
Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi (Türk.Türkiye Cumhuriyeti Gençlik ve Spor Bakanlığı) Türkiyə Respublikası Prezidenti yanında fəaliyyət göstərən gənclər və idman işlərindən məsul nazirlikdir. == Haqqında == 29 iyun 1938-ci ildə qəbul edilmiş 3530 saylı Qanunla Bədən Tərbiyəsi Baş İdarəsi yaradılmışdır. 1972-ci ildə adı dəyişdirilərək Gənclər və İdman Nazirliyi olub. 1983-cü ildə Türkiyədə keçirilən ümumi seçkilərdən sonra adı dəyişdirilərək Milli Təhsil, Gənclər və İdman Nazirliyinə çevrildi. 2011-ci ildə isə Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi adı ilə yenidən yaradılmışdır. == Vəzifə və öhdəlikləri == Gənclər və İdman Nazirliyinin vəzifə və səlahiyyətləri aşağıdakılardır: Gənclərin şəxsi və sosial inkişafını dəstəkləyən siyasətlərin müəyyən edilməsi məqsədilə zəruri araşdırmalar aparmaq, müxtəlif gənc qrupların ehtiyaclarını nəzərə almaqla gənclərin öz potensiallarını reallaşdırmağa imkan yaratmaq, onların səmərəli iştirakını təmin edən təkliflər hazırlamaq. qərarların qəbulu və həyata keçirilməsi prosesləri vasitəsilə sosial həyatın bütün sahələrini həyata keçirmək və bu istiqamətdə fəaliyyət göstərmək, müvafiq qurumlara dəstək vermək. Gənclərlə bağlı xidmətlərdə koordinasiya və əməkdaşlığı təmin etmək. Gənclərin ehtiyacları və gənclərə təklif olunan xidmətlər və imkanlar haqqında imtahanlar və araşdırmalar aparmaq və təkliflər hazırlamaq, gənclər sahəsində məlumat, bələdçilik və məsləhət vermək. Gənclərlə iş və layihələrlə bağlı prosedur və prinsipləri müəyyən etmək.
Mədəniyyət və İdman Nazirliyi (İsrail)
İsrail Mədəniyyət və İdman Nazirliyi — İsraildə hökumət nazirliyidir. 25-ci Hökumət zamanı mədəniyyət və idman sahələri Elm və Texnologiya Nazirliyinə verildi və adı Elm və İncəsənət Nazirliyi olaraq dəyişdirildi. İsraildə iyirmi yeddinci hökumət qurulduqdan sonra nazirlik ləğv edildi və onun fəaliyyət sahələri müxtəlif nazirliklər arasında bölüşdürüldü. Ehud Barakın rəhbərlik etdiyi 28-ci hökumətdə bu məsələlər Elm və Texnologiya Nazirliyinin tabeliyinə verilib və adı dəyişdirilərək "Elm, Mədəniyyət və İdman Nazirliyi" olub. Benyamin Netanyahunun rəhbərlik etdiyi 32-ci hökumətdə mədəniyyət və idman məsələləri Mədəniyyət və İdman Nazirliyi adlanan yeni nazirliyə bölünüb. 2016-cı ildə nazirin ofisi Yerusəlimə köçürülüb. Ofisin baş ofisi Tel Aviv-Yafo, Hamsgar St. 14 ünvanında yerləşir. Mədəniyyət və İdman Nazirliyinə nazir Miki Zohar rəhbərlik edir və Kafir Koen ofisin baş direktoru vəzifəsini icra edir. Ofisin vəzifələri bunlardır: Mədəniyyət İdarəsi vasitəsilə İsraildəki bütün mədəni fəaliyyətlərə görə məsuliyyət.(kino, teatr, musiqi, rəqs və başqa sənətlər.) İdman idarəsi vasitəsilə İsraildə idman və idman fəaliyyətlərinə görə məsuliyyət.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.